İYİRMİ İKİNCİ CÜZ Ayə 31:
﴿وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا﴾
“Sizlərdən hər kim Allah və Onun rəsulu qarşısında əyilib saleh iş görsə, mükafatını ikiqat verərik. Onun üçün bol və dəyərli ruzi hazırlamışıq.”
Nöqtələr
“Qunut” dedikdə təvazö və boyun əyməklə müşayiət olunan itaət nəzərdə tutulur.
Bir şəxs İmam Səccada (ə) belə ərz etdi: “Siz peyğəmbər Əhli-beyti bağışlanmışsınız.” İmam narahatçılıqla buyurdu: “Peyğəmbərin zövcələri haqqında buyurulmuş ayələr bizə də aiddir. Əgər günaha yol versək cəzamız, yaxşı iş görsək mükafatımız ikiqatdır.” Sonra həzrət bu və bundan öncəki ayəni oxudu.1
Allahın rəsulu buyurdu: “Əlinin (ə) xəndək savaşı günü zərbəsi cin və insin ibadətindən üstündür.2
Dostları ilə paylaş: |