“Təthir” ayəsi haqqında söhbət
Ayədə buyurulur: “Həqiqətən, Allah siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırmaq və sizi tam pak etmək istəmişdir.” Ayə “təthir ayəsi” adı ilə məşhurdur. Ayədəki bəzi nöqtələrə nəzər salaq:
–Ayədəki “innəma” sözü Əhli-beytə (ə) olduqca mühüm bir nemət verilməsinə işarədir.
–Buradakı “yuridu” feli təkvini (təbii) iradəni bildirir (yəni nəzərdə tutulan iş mütləq baş verəcək). Çünki Allahın təşrii (şəri) iradəsi hamıya aid olub, yalnız istək və tələb mənasını daşıyır.
–“Rics” dedikdə istənilən növ zahiri və batini çirkinlik nəzərdə tutulur.2
–“Əhli-beyt” (ə) ifadəsi peyğəmbərin bütün ailəsinə yox, onların bəzi üzvlərinə aiddir. Bu adlar şiə və sünni rəvayətlərində nəql olunmuşdur. Əhli-beyt dedikdə Əli, Fatimə, Həsən və Hüseyn nəzərdə tutulmuşdur.
Sual: Nə üçün ayə peyğəmbərin zövcələrinə və ya bütün ailəsinə şamil olunmur?
Cavab:
1. Bu barədə peyğəmbərin öz zövcələrindən rəvayətlər nəql olunmuşdur. Ayişə və Ümmü-Sələmədən belə nəql olunur: Bir gün Allahın rəsulundan soruşduq ki, biz də Əhli-beytdən sayılırıqmı? Peyğəmbər buyurdu ki, xeyr!”
2. Çoxsaylı rəvayətlərdə nəql olunur ki, girami Peyğəmbər (s) əbasını özü də daxil olmaqla bu beş nəfərin üstünə çəkdiyi vaxt buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”
3. Girami Peyğəmbər (s) yalnız bu beş nəfərin Əhli-beytə aid olmasını sübuta yetirmək üçün 6 ay (bəzi rəvayətlərə əsasən, 8 və 9 ay) sübh namazı vaxtı Fatimənin (ə.h.) evinin yanından keçərək, bu ayəni tilavət edib onları namaza çağırarmış.
“İhqaqul-həqq” kitabında məşhur sünni mənbələrindən ayənin həmin beş nəfərə aid olması ilə bağlı 70-dən çox hədis nəql olunmuşdur. “Sünnə əhlinin məşhur mənbələrindən olan “Şəvahidut-tənzil” kitabında 130-dan çox rəvayətdə bu həqiqət təsdiqlənir.1 Hər halda bu ayə peyğəmbər zövcələrinə aid deyil. Peyğəmbər zövcələri bəzən günaha yol verirdilər. “Təhrim” surəsində oxuyuruq ki, Peyğəmbərin zövcələri arasında əmanət sözü başqalarına açanlar vardı. Quran bu əməli günah sayır.2
Peyğəmbərin zövcəsi Ayişə Həzrət Əliyə (ə) qarşı Cəməl savaşını qızışdırdı və sonradan peşman oldu. Bu savaşda bir çox müsəlmanlar qətlə yetirildi.
Dostları ilə paylaş: |