Nur təFSİRİ


Sual: Ayədə buyurulur ki, sənin qəlbində gizli saxladığını Allah aşkarladı. Söhbət nədən gedir? Cavab



Yüklə 2,21 Mb.
səhifə369/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   365   366   367   368   369   370   371   372   ...   572
Sual: Ayədə buyurulur ki, sənin qəlbində gizli saxladığını Allah aşkarladı. Söhbət nədən gedir?

Cavab: İmam Riza (ə) Məmunun uyğun mövzu ilə bağlı sualını belə cavablandırdı. Allah öncədən Peyğəmbərə (s) onun zövcələrinin adını bildirmişdi. Bu adlar arasında Zeynəb adı da vardı. Peyğəmbər (s) anlamırdı ki, Zeydin zövcəsi onunla necə izdivac edə bilər? Bəli, bu nöqtə Peyğəmbərin (s) qəlbində gizli qalmışdı. Allah Zeynəblə izdivacı əmr etməklə həmin nöqtəni aşkarladı.1 Bəli, girami Peyğəmbər (s) peyğəmbərlik məqamına layiq olmayan heç bir iş görməmişdir. Həzrət evləndiyi qadınlardan heç biri ilə öncədən maraqlanmamışdır. Onun Zeynəbə meylli olması tamamilə əsassız cəfəngiyatdır!

Əmrlər iki qismdir: Hökmən əməl olunası əmrlər və həyata keçməsi insanın xeyirinə olan dəvətlər. Peyğəmbər (s) Zeydə xeyir istədiyindən ona Zeynəbi boşamamasını məsləhət gördü. Yoxsa nemət verilmiş bir kəs (yəni Zeyd) peyğəmbərin göstərişindən çıxmazdı.

Girami Peyğəmbər (s) Zeynəblə izdivaca rəğbət göstərmirdi. Onun Zeydə Zeynəbi boşamamaqla bağlı tövsiyəsi bu həqiqəti təsdiqləyir.

Ötən iki ayədə buyuruldu ki, həqiqi təbliğatçılar Allahdan savay kimsədən qorxmaz. Haqqında danışılan hadisə zamanı peyğəmbər dinin genişlənməsi üçün zəruri olan ictimai mövqelərinə zərbə dəyəcəyindən qorxurdu. Xalq deyə bilərdi ki, peyğəmbər bir qulun və ya oğulluğunun boşadığı qadınla evlənib.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin