﴿مَّا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِن قَبْلُ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَّقْدُورًا﴾
“Allahın təyin etdiklərində peyğəmbər üçün heç bir çətinlik və qorxu yoxdur. Allah əvvəlki peyğəmbərlər üçün də belə bir sünnə müəyyənləşdirmişdi. (Onlara da əmr olunmuşdu ki, cahiliyyət ənənələrini aradan qaldırsınlar) Allahın əmrləri ölçülüb-biçilmişdir.”
Nöqtələr
Bu ayə əvvəlki ayənin qətnaməsi kimidir. Dini rəhbər maneələri adlamalı, məzəmmətlərdən qorxmamalı, onun-bunun razılığını güdməməlidir.
İmam Riza (ə) buyurur: “Allah bilirdi ki, münafiqlər peyğəmbərin Zeydin boşanmış zövcəsi ilə izdivacını ona irad tutacaqlar. Bu səbəbdən həmin ayə nazil oldu.”1
Dostları ilə paylaş: |