Nöqtələr
Bu ayədə həm “rəsul”, həm də “nəbiyy” sözləri işlədilmişdir. “Rəsul” dedikdə kitab sahibi, “nəbiyy” dedikdə xəbər gətirən mənaları anlaşılır. Başqa sözlə, vəhy gətirən rəsul, risaləti yerinə yetirən isə nəbidir.1
“Xatəm” dedikdə üzərinə şəxsin adı həkk olunmuş və möhür kimi istifadə olunan üzük nəzərdə tutulur. Uyğun söz ayədə peyğəmbərin sonuncu olmasına işarədir.
Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu bir çox ayələr, mütəvatir hədisləri təsdiqləyir.2 Hazırkı ayə uyğun həqiqətin ən aydın dəlilidir.
Bu ayə yeganə ayədir ki, həm Peyğəmbərin (s) adı çəkilir, həm də onun “rəsul” və “nəbiyy” olması göstərilir.
Dostları ilə paylaş: |