Nöqtələr
Müsəlmanların savaşsız əldə etdiyi mülk “əfaə” adlanır. “Əmm”, “xal” sözləri ərəblər arasında cins mənasında işlədilir və bütün əmilərə və dayılara şamil olunur. Amma “əmmə” və “xalə” sözləri cəm formada istifadə olunur.
İslamda üç növ nikah (izdivac) mövcuddur: (istər daimi olsun, istər müvəqqəti) mehriyyəli nikah; kənizə malik olmaqla həyata keçən nikah; qadının özünü kişiyə bağışlaması ilə gerçəkləşən mehriyyəsiz nikah.
Birinci və ikinci növ nikahlar hamı üçündür, üçüncü növ nikah isə yalnız girami peyğəmbərə aiddir. Bir gün Ayişə dedi: “Ey Allahın rəsulu! Allah səni üstün tutur.” Peyğəmbər (s) buyurdu: “Əgər sən də Allaha müti olsan imtiyaz əldə edərsən.”1
Peyğəmbərə (s) təkbaşına cihad vacib idi.2 Peyğəmbərə gecə namazı vacib idi. Peyğəmbərə başqalarına vacib olmayan bir çox vəzifələr vacib idi! Bütün bu çətinliklər müqabilində bir imtiyaz çox deyil. (Girami Peyğəmbər (s) buyurur ki, heç bir peyğəmbərə mənim qədər əziyyət verilməyib.
Sual: Nə üçün girami Peyğəmbərin (s) bir neçə zövcəsi vardı?
Cavab: Əvvəla, Allahın rəsulu şəhvani meyllər əsasında evlənməmişdir. Həzrət 25 yaşından 53 yaşını qədər yalnız Xədicə ilə nikahda olmuşdur. Həzrət 15 yaş özündən böyük qadınla evləndiyi halda o dünyasını dəyişənədək başqası ilə ailə həyatı qurmamışdır. İkincisi, bütün qəbilələr İslama qarşı idi. Peyğəmbər dəqiq planlar əsasında bu birliyi pozdu. Düşmən cəbhəsini parçalamaq üçün ən təbii və sadə yol onlarla qohumluq idi. Uyğun dövrün adət ənənələrinə əsasən qəbilələr öz yeznəsini himayə etməyə borclu sayılırdı. Peyğəmbər müxtəlif qəbilələrlə qohum olmaqla İslam yolundakı problemləri aradan qaldırdı. Üçüncüsü, peyğəmbər bəzən cahiliyyət ənənələrini aradan qaldırmaq üçün evlənmişdir. Məsələn həzrətin əmisi qızı Zeynəblə izdivacı iki zərərli adəti aradan qaldırmışdır. Dördüncüsü, peyğəmbər bəzi qadınlarla yalnız izdivac əqdinə girmiş, bəzilərinə yalnız elçilik etmişdi. Yəni adı peyğəmbər zövcələri sırasında çəkilənlərdən bir hissəsi ilə heç bir yaxınlıq olmamışdı. Beşincisi, əgər məqsəd şəhvət olsaydı peyğəmbərin çoxsaylı övladları olardı. Altıncısı, peyğəmbərlə izdivac əqdinə girərkən Ayişə çox kiçik idi. O illərcə sonra faktiki ailə həyatına başladı. Cinsi maraqlar güdən insan uşaqla izdivac edib uzun illər gözləməz. Nəhayət, biz peyğəmbəri özümüzlə müqayisə etməməliyik. Təkcə bir qadınla qurduğumuz ailə həyatı bizi bir çox kamilliklərdən məhrum edir. Amma girami Peyğəmbər (s) zövcələrinin çoxsaylı olmasına baxmayaraq ürfan dəryasında qərq olmuşdu, minacat və təbliği dayandırmırdı. Allah-təala həzrətə buyurur ki, nə üçün xalqın hidayətinə bir bu qədər hərisdir, nə üçün özünü məşəqqətə salır?3 Bəli, mərifət nəsimi hərzət Peyğəmbərin (s) varlıq xeyməsini o qədər ucaltmışdı ki, bir bu qədər zövcə onu haqqa doğru pərvazdan saxlaya bilmirdi.
Qeyd edək ki, peyğəmbər yalnız 53 yaşından sonra çoxsaylı əqdlərə girmiş və adətən dul və tərk olunmuş qadınlarla evlənmişdir. Bu qadınların əksəri peyğəmbərlə izdivaca səy göstərmiş və onların heç bir haqqı peyğəmbər tərəfindən tapdanmamışdır. Bütün bunlardan əlavə, peyğəmbərin yaşadığı dövrdə bir neçə arvad almaq qəbahət sayılmamışdır. Peyğəmbər dövründə kişi üçün elçiliyə adətən onun əvvəlki zövcəsi gedərmiş. Hazırda sadalamağa imkanımız olmayan qənaətbəxş cavablar çoxdur.
Dostları ilə paylaş: |