Bildirişlər
1. Halal-haramı müəyyənləşdirmək Allahın ixtiyarındadır. (Peyğəmbər də fərdi məsələlərdə ilahi qanunlara tabe idi.)
2. Qadın üçün mehriyyə zəruridir və kişi mehriyyə ödəməyə borcludur.
3. Cinsi istəklərə ciddi yanaşmaq lazımdır və bu istiqamətdə kənizlər də yaddan çıxarılmamalıdır.
4. İzdivacda tərəflərin razılığı şərtdir.
5. İslamda peyğəmbər üçün müstəsna vəzifələr və imtiyazlar nəzərdə tutulur.
6. Hansı qadınlarla evlənmək mümkün olduğunu Allah təyin edir.
7. Allah öz peyğəmbərini sıxıntıya salmaq istəmir.
Ayə 51:
﴿تُرْجِي مَن تَشَاء مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَن تَشَاء وَمَنِ ابْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ذَلِكَ أَدْنَى أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَا آتَيْتَهُنَّ كُلُّهُنَّ وَاللَّهُ يَعْلَمُ مَا فِي قُلُوبِكُمْ وَكَانَ اللَّهُ عَلِيمًا حَلِيمًا﴾
“Zövcələrindən istədiyini yubadıb, istədiyinə yanında yer verə bilərsən. Tərk etdiyini yenidən tələb etməyində sənin üçün qorxu yoxdur. Bu hökm onların gözünün işıqlanması, narahat olmamaları, ixtiyarına verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah elm sahibi və həlimdir.”
Dostları ilə paylaş: |