Nöqtələr
“Turci” sözü təxirə salmaq, “tuvi” sözü yer vermək mənasını bildirir. Bu iki söz talağa, yaxınlığın təxirə salınması və ya önə keçirilməsinə işarədir.
Zövcələr arasında ədalətli olmaq vacibdir. Amma girami Peyğəmbər (s) bir sıra problemlərə, düşmənlərlə cihada, ictimai fəaliyyətlərə görə zövcələri növbələşdirməkdə azad idi. Həzrət bəzən bir neçə gün zövcələrindən birinin evində qalmalı olurdu.1 Bəzi təfsirçilərin nəzərincə ayədə zövcələrin xərcinin artırıb-əskildilməsi, onların istəklərinin qəbul olunub-olunmaması, ilkin talaq və yenidən qayıdış məsələləri nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |