Bildirişlər
1. Ağır məsuliyyəti olanlara xüsusi ixtiyarlar verilməlidir. (Ədalət və təqvası şübhə doğurmayan insanlar uyğun çərçivədə dəyişikliklər apara bilər. Necə ki, peyğəmbərə ədalət çərçivəsində zövcələri ilə rəftar etmək azadlığı verilmişdir.)
2. Peyğəmbərə ixtiyar verilməsi ona zövcələrinə münasibətdə biganəlik haqqı vermir.
3. İki şey zövcənin gözünü işıqlandırır qəm-qüssədən uzaqlıq və qəlbən razılıq.
4. Qadını təkcə ailə həyatının ilkin mərhələsində razı salmaq bəs etmir. Ömür boyu zövcəni razı salmaq üçün səy göstərilməlidir.
5. Bir neçə zövcəni tam razı salmaq mümkünsüzdür. Amma buna nail olmaq üçün plan cızılmalıdır.
6. Kişi bütün zövcələrini razı salmaq fikirində olmalıdır.
7. Hər qəlbdə bir istək olsa da, ilahi hökmlər ailədə ədalət və hüquq bərabərliyinin təmininə yönəlib.
8. İslamın ailə hökmləri ilahi elmdən qaynaqlanır.
Ayə 52:
﴿لَا يَحِلُّ لَكَ النِّسَاء مِن بَعْدُ وَلَا أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَاجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ رَّقِيبًا﴾
“Bundan əlavə heç bir qadın sənə halal deyil. (Zövcələrini boşayıb) onların yerinə gözəlliyi səni valeh etsə də başqalarını almamalısan. Yalnız malik olduğun kənizlər istisnadır. Allah hər şeyə nəzarət edir.”
Dostları ilə paylaş: |