Ayə 30:
﴿فَلَمَّا أَتَاهَا نُودِي مِن شَاطِئِ الْوَادِي الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَن يَا مُوسَى إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ﴾
“Elə ki, (Musa) onun (odun) yanına gəldi, vadinin sağ tərəfindən, həmin mübarək məntəqədəki bir ağacdan nida gəldi: “Ey Musa! Həqiqətən, Mən Allah, aləmlərin Rəbbiyəm.”
Nöqtələr
“Şati” sözü “tərəf”, vadi sözü “dərə” mənasını bildirir. “Buqə” dedikdə ətrafındakı torpaqlardan fərqlənən yer nəzərdə tutulur.1
Allah istədiyi vaxt vəhy göndərir. O, qəlblərə ilham verib, insanlara mələk nazil edə bilər, hətta ağacın köksündən Öz peyğəmbəri ilə danışar.
“Şura” surəsinin 51-ci ayəsində oxuyuruq: “Allah heç bir bəşər övladı ilə danışmaz. Ya vəhy göndərər, ya pərdə arxasından nida edər, ya da mələk endirər.”
Dostları ilə paylaş: |