Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə394/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   390   391   392   393   394   395   396   397   ...   572

Nöqtələr


Sünnə əhlinin mötəbər kitablarında nəql olunur ki, girami Peyğəmbərdən (s) soruşdular: “Necə salavat göndərək? Həzrət buyurdu: “Deyin ki, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” uyğun hədis “Səhih-buxari”də belə nəql olunur: Məhəmməd səllallahu ələyhi vəsəlləm salavatla bağlı suala belə cavab verdi: “Deyin ki, Əllahummə səlli əla Məhəmmədin və əla ali Məhəmməd”1

Peyğəmbərin adı çəkilən zaman salavat zikr etmək mühümdür. Həzrət Peyğəmbər (s) buyurur: “Kim kitabda və yazıda mənə salavat qeyd etsə, salavat yazısı durduqca ona mükafat verilər.”2

Hədisdə oxuyuruq: “Həzrət Məhəmmədə (s) bir salavat göndərənə Allah on salavat göndərər, onun on büdrəməsini örtər.3

Salavat duaların qəbul açarı, Qiyamətdə möminlik ölçüsünü ağırlaşdıran səbəblərdəndir.

Allah Quranda öz peyğəmbərinə buyurur ki, zəkat verənlərə salavat göndər.4 Bu ayədə xalqa tapşırılır ki, peyğəmbərə salavat göndərilsin. Bəli, İslamda rəhbərlə xalq arasındakı rabitə salavat-salam rabitəsidir. Necə ki, “Ənam” surəsinin 54-cü ayəsində peyğəmbərə göstəriş verilir ki, onun görüşünə gələnlərə salam versin.

İmam Sadiq (ə) buyurur: “Allahın salamı dedikdə Onun mərhəməti, mələklərin salamı dedikdə təsbih, xalqın salamı dedikdə dua nəzərdə tutulur.”5



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin