Bildirişlər
1. Əgər başqalarını bir xeyir işə dəvət etmək istəsəniz öncə özünüzdən və tabeçiliyinizdə olanlardan başlayın. (Allah insanlara salavat göstərişi verərkən öncə özünün və mələklərin salavatını yada salır!”
2. Allah və mələklərin salavatı daimidir.
3. Peyğəmbərə salavat göndərmək iman şərtidir və möminlərin vəzifələrindəndir.
4. Dildə salam söyləmək bəs etmir, əməldə təslim olmaq lazımdır.
5. İlahi hökumətdə xalqla rəhbər arasındakı rabitə salam-salavat üzərində qurulmuşdur. (Qəlb sevgisi bəs etmir, sevgini izhar etmək lazımdır.)
Ayə 57:
﴿إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا﴾
“Həqiqətən, Allah və onun rəsulunu incidənləri Allah dünya və axirətdə lənətləyir. Onlar üçün zəliledici əzab hazırlamışdır.”
Dostları ilə paylaş: |