Bildirişlər
1. Kafirlər hökmən Allahın qəzəbinə gələcək. Cəhənnəm hazırda da mövcuddur.
2. Kafirlərin onları oddan qoruyası hamiləri və xilas edəsi yardımçıları yoxdur.
3. Qiyamət günü bütlər və yalançı məbudlar səmərəsizdir.
4. Kafirlər Qiyamət günü hər tərəfə boylanar. Amma bunun nə faydası!
Ayə 66:
﴿يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا﴾
“Üzləri odda çevrilən gün deyərlər: “Ey kaş, Allaha itaət edib, rəsula tabe olaydıq.”
Nöqtələr
Ayədə belə bir məna nəzərdə tutula bilər ki, kafirlərin çöhrələri odun təsirindən rəngdən-rəngə düşəcək.
Bildirişlər
1. Kafirlərin Qiyamət günü nəinki hamisi və yardımçısı yoxdur, hətta çöhrələri də onların ixtiyarında deyil.
2. Məad cismanidir.
3. Qafillər Qiyamət günü qəflət yuxusundan oyanar.
4. Qiyamətdə peşimançılığın faydası yoxdur.
5. Cəhənnəm əhli Allah və Onun rəsuluna itaət arzusunda olar.
6. Allaha itaət Onun rəsuluna itaətlə müşayiət olunduqda səmərə verir.
7. Girami Peyğəmbər (s) Allah əmrlərini bəyan etməklə yanaşı xalqa müəyyən göstərişlər verirdi.
8. Yeganə qurtuluş yolu Allah və onun rəsuluna itaət etməkdir.
Ayə 67:
﴿وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءنَا فَأَضَلُّونَا السَّبِيلَا﴾
“Deyirlər: Pərvərdigara! Həqiqətən, biz ağalarımıza və böyüklərimizə itaət etdik. Bizi yoldan sapdıran onlar oldu.”
Dostları ilə paylaş: |