Nöqtələr
Hədisdə oxuyuruq, namaz vaxtı çatanda həzrət Əlinin (ə) vücudu lərzəyə gələr və o buyurardı: “Namaz vaxtıdır. Namaz dağların və səmaların sahib durmayıb boyun qaçırdığı həmin ilahi əmanətdir.1 “Camei kəbirə” ziyarətində Əhli-beytə xitabən oxuyuruq: “Siz hifz olunmuş əmanətsiniz.”
“Götürmək” və “götürtmək” arasında fərq var. İnsan ilahi əmanəti götürməyə məcbur edilmədi, özü bu əmanəti qəbul etdi.
Olsun ki, ayədə insanla bağlı hələ ki düşüncəyə sığmayan həqiqətlər var. Amma ayənin zahirindən belə anlaşılır ki, Allah insana göydə və yerdəki mövcudlara vermədiyi imtiyazlar vermişdir. Bu imtiyaz ilahi əmanətdir. Uyğun əmanət insanın öhdəsinə vəzifələr qoyur. Amma çoxları bu əmanətə xəyanət edib, ondan Allah iradəsinə zidd yolda faydalanırlar.
Ağıl və iradə xalqla tanışlıq və haqq yolun seçimində istifadə olunduqda insanın məqamını yüksəldir, onu kamilləşdirir. Amma insan bu əmanətlərdən batil yolda istifadə etməklə zülm-sitəmə uğradı, onun rəftarları cahilanə və düşüncəsiz hesab olundu.
Dostları ilə paylaş: |