Nöqtələr
Ümumi məlumatdan sonra nümunələr göstərmək lazımdır. Allah ümumi şəklidə agahlığını qeyd etdikdən sonra öz elm nümunələrini göstərir. Toxumun əkilməsi, onun cücərib torpaqdan qalxması, yağış, quşların səmaya yüksəlişi ayə ilə bağlı nümunələrdəndir.
Qurani-kərimdə “ğəfur” (bağışlayan) və “rəhim” (mehriban) sözləri 49 dəfə yanaşı şəkildə işlədilmişdir. Öncə “ğəfur”, sonra “rəhim” sözü qeyd olunur. Yalnız bu ayədə “rəhim” sözü “ğəfur” sözündən öncə bəyan olunur. Nəzərdə tutulan ayələrin əksərində insanların əməllərindən danışıldığı üçün öncə “ğəfur” sifəti bəyan oluna bilər. Amma bu ayədə diqqət Allahın elm, lütf və rəhmətinə yönəlmişdir. Olsun ki, bu səbəbdən hazırkı ayədə öncə “rəhim”, sonra “ğəfur” sifətləri qeyd olunmuşdur.
Dostları ilə paylaş: |