Bildirişlər
1. Allah seçilmiş bəndələrinə xüsusi ətalar edir.
2. Varlıq aləminin şüuru var, Allah bu aləmə xitab edir.
3. Mövcudların minacatı məcazi yox, həqiqi bir işdir.
4. İnsan həm dünya, həm də axirəti əldə edə bilər. (Davud həm peyğəmbərlik məqamına çatmışdı həm də təbiətin işlərinə qatılırdı.)
5. Allahın övliyaları təbii gedişata qatılıb varlıq aləminə təsir edə bilmişlər.
6. Təbiətdən istifadə bir dəyərdir.
7. Allaha görə qəlbini yumşaldan insan üçün dəmir yumşaldılar.
8. Dəmirin əridilməsinin uzun keçmişi var.
9. Allahın övliyaları sənətlə tanış olmuşlar.
Ayə 11:
﴿أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“(Dedik) kamil və geniş zirehlər düzəlt, toxunuşda düzgün ölçü götür. (Ey iman gətirənlər!) Saleh işlər görün, həqiqətən, mən əməllərinizi görürəm.”
Dostları ilə paylaş: |