Nöqtələr
“Ğuduvv” dedikdə sübhə doğru “rəvah” dedikdə günortadan sonra hərəkət nəzərdə tutulur. “Əyn” sözü mis əridilən qab mənasını bildirir.
Allah atası Davud (ə) kimi Süleymana (ə) da xüsusi lütfünü əta etmişdi.
Qurana əsasən, cin vəzifəli, ağıllı, seçim aparan, qüdrətli və çalışqan bir mövcuddur.
“Sad” surəsində buyurulur ki, cinlər Süleyman üçün bənnalıq və üzgüçülük edirdilər.1
Küləyin həzrət Süleymana ram olması dedikdə ondan gəmilərin hərəkətində, bitkilərin tozlanmasında, havanın təmizlənməsində istifadə nəzərdə tutulur.
Təhrif olunmuş Tövrat həzrət Süleymanı (ə) qəddar padşah, bütxana tikən bir şəxs, qadınların həvəslərinə təslim olan şəxs kimi tanıtdırır.1
Dostları ilə paylaş: |