Bildirişlər
1. Peyğəmbərlər varlıq aləminə, təbiətə hökm etmişlər.
2. Təbiəti ram etmək üçün təkcə təbii təhlillərlə kifayətlənməyin. (Küləklərin hərəkəti Allahın istəyi ilə Süleymanın ixtiyarına verilmişdi.)
3. Allah bütün işlərə eyni dərəcədə qadirdir. (Allah dəmiri həzrət Davuda (ə), küləyi həzrət Süleymana ram etdi.)
4. Allah həzrət Davuda (ə) dəmiri, həzrət Süleymana misi əritmək gücü verdi. (Həzrət Süleymanın dövründə misgərlik vardı.)
5. İnsan cini özünə tabe edə bilər.
6. Cin Allahın istək və iradəsi ilə insan üçün işləyir.
7. Müdiriyyət üçün qüdrət və qətiyyətə ehtiyac var.
8. Cin azaddır, insan kimi o da Allahın əmrindən boyun qaçıra bilər. Əlbəttə, tabe olmayan cin cəzalandırılır.
Ayə 13:
﴿يَعْمَلُونَ لَهُ مَا يَشَاء مِن مَّحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَّاسِيَاتٍ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ﴾
“Allah Süleymanın istədiyini – mehrablar, mücəssəmələr, hovuz kimi böyük qablar, tərpənməyən qazanlar düzəldirdilər. Ey Davud ailəsi! (Bütün bu nemətlərə görə) şükür edin. Amma bəndələrimdən çox azı şükür edir.”
Dostları ilə paylaş: |