Bildirişlər
1. Səba məmləkətində baş verənlər ibrətamizdir.
2. Səba məntəqəsindəki bağların xüsusi bir təravəti vardı.
3. Təbiətin gözəllikləri ilahi ayələrdən (nişanələrdən)biridir.
4. Səba məntəqəsində heç bir nöqsan, bəla, qeyri-sabitlik, günahkarlıq və qıtlıq yox idi.
5. İlahi nemətlər qarşısında şükür etmək lazımdır. İnsan layiqincə şükür etməsə də, Allah onu bağışlayır.
6. Məskən seçərkən həmin yerin abadlığını, paklığını, təmizliyini nəzərə alın.
7. Ruzi, vermək və bağışlamaq Allahın rübubiyyət şənlərindədir.
Ayə 16:
﴿فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَى أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِّن سِدْرٍ قَلِيلٍ﴾
“(Şükür etmək əvəzinə Allahdan) üz döndərirlər. Biz onların üstünə viranedici “ərim” selini göndərdik. Onların (məhsuldar) iki bağını acı meyvəli, yolğun və bir az da sidr ağaclı bağlara çevirdik.”
Dostları ilə paylaş: |