Nöqtələr
“Ərim” dedikdə ya “qəzəb”, ya da “viranedici” mənaları nəzərdə tutulur. Bu söz “səd” mənasını da ifadə edə bilər. Yəni səddi aşmaqla yoluna davam edən bir sel!
“Ukul” sözü yeməli mənasını bildirir. Acı ota “xəmt”, yulğun ağaca və tikanlı ağaca “əsl” deyilir.
Quranda xalqın üz döndərməsi dəfələrlə qeyd olunur: Allah zikirindən üz çevirmək2; Allahın ayələrindən üz çevirmək3; Allahın nemətlərindən üz çevirmək4; Allahın rəsulundan üz çevirmək.5
Bildirişlər
1. Arxa çevirmək və naşükürlük ilahi qəzəblə sonuclanır.
Şükür qılsan artar əlində olan,
Nankorluqdur neməti edir talan.
2. Sel, zəlzələ, tufan, şimşək, təsadüfi deyil.
3. Təbiət Allahın qəzəb əmrini yerinə yetirir.
4. Nemət bəzən artır, bəzən azalır, bəzən dəyişir.1
Ayə 17:
﴿ذَلِكَ جَزَيْنَاهُم بِمَا كَفَرُوا وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ﴾
“Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər nankorlardan başqasını cəzalandırırıqmı?!”
Dostları ilə paylaş: |