Bildirişlər
1. Təlim-tərbiyədə suallar ünvanlamaqla qarşı tərəfin vicdanını oyadaq, düşüncəsini işə salaq.
2. Ruzi sahibinə diqqət pərəstiş amillərindən biridir. Düşünün, sizə ruzi verən kimdir?
3. Nur, istilik, yağış, külək və bulud səmanın, bütün meyvələr və məhsullar yerin ruzisidir.
4. Bütün göylər bizim ruzimizə təsirlidir.
5. Söhbət və mübahisədə insaflı olaq, qarşı tərəflə müdara edək.
6. Hidayət olunanlar (doğru yola yönəldilənlər) minik və ya hər hansı yüksəklikdə dayanmış kəs kimi daha yaxşı görür. Azğınlar isə bataqlıqda çabalayanlar kimidir və azdırıcı amillərlə əhatə olunmuşlar.
Ayə 25:
﴿قُل لَّا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ﴾
“De ki, bizim əməllərimizə görə siz sorğuya çəkilməyəcəksiniz, bizdən də sizin əməlləriniz soruşulmayacaq.”
Ayə 26:
﴿قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ﴾
“De ki, Rəbbimiz bizi və sizi (qiyamətdə) bir araya gətirər, sonra bizimlə sizin aranızda haqqına hökm verər. Odur hər şeyi bilən hakim (düyünləri açan)”
Dostları ilə paylaş: |