Nöqtələr
Həzrət Musanın (ə) böyük qardaşı Harun (ə) (“harun”) sözünün lüğət mənası “dağ sakini” və ya “qasiddir”) Bəni-İsrail peyğəmbərlərindən olmuşdur və Quranda onun haqqında xoş sözlər deyilir.
Həzrət Musa (ə) öhdəsinə düşən vəzifənin icrasında iki şeydən qorxurdu: öncəki qətlə görə qisas və haqqın təkzibi.
Ağır məsuliyyətlər tapşırarkən insan hər yönümdən öyrənilməlidir. Harun həzrət Musadan (ə) yaşca böyük, bəyanca fəsahətli olsa da, əsas məsuliyyət daha ləyaqətli olan Musanın (ə) üzərinə düşürdü.
Təbliğ, əmr be məruf və nəhy əz münkər bəzən iki nəfər tərəfindən həyata keçirilməlidir. Əmr be məruf və nəhy əz münkərdə (yaxşılığa əmr və pisliyə qadağada) əsas mehvər qarşı tərəfə təsirdir. Əgər işarə təsir edirsə işarə etmək, fəryad təsir edirsə fəryad qoparmaq lazımdır. Əgər müraciət, nümayiş, tətil, toplantı, hədə və təşviq təsir edərsə, bu yollara əl atılmalıdır. Fəsadın qarşısı qəlb, dil, əməl, istənilən bir vasitə ilə alınmalıdır. Əgər təkrar təsirli olarsa, əmr və qadağa təkrarlanmalıdır.
Dostları ilə paylaş: |