Bildirişlər
1. Günahkar cəmiyyət və azğın fərdlər insanı zorla günaha çəkmir.
2. Qiyamət günü təkəbbürlü başçılar da anlayar ki, peyğəmbərlərin yolu haqq imiş.
3. Haqdan hamı xəbərlər tutur və hər kəs özü haqqı qəbul etməlidir.
4. Qiyamətdə öz günahını başqalarının boynuna ata bilməzsən.
5. Ən böyük rüsvayçılıq odur ki, azğın başçılar tabeçiliklərində olanları günahkar adlandırar.
Ayə 33:
﴿وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَن نَّكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَندَادًا وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ﴾
“Müstəzəflər (miskin vəziyyətə salınanlar) təkəbbürlülərə deyər: “Gecə-gündüz hiylələriniz, Allaha qarşı küfr və Ona şərik qoşmaq əmri verməyiniz (bizi azdırdı). Əzabı gördükləri vaxt peşimanlıqlarını gizlədilər. Biz küfrə uğrayanların boynuna zəncir salarıq. Onlara gördükləri işdən başqamı cəza verilər?”
Dostları ilə paylaş: |