Nöqtələr
Bəzi müşriklər xeyir əldə etmək üçün mələklərə pərəstiş edirdilər. Əslində isə onlar cinlərə üz tutmuşdular.2
Olsun ki, bu ayədə cin dedikdə şeytan nəzərdə tutulur. Yəni həmin şəxslər mələklərə yox, şeytanlara pərəstiş etmişlər.
Bildirişlər
1. Allahla danışıq tərzini mələklərdən öyrənək.
2. Allaha sevgi və yalançı məbudlara nifrət bir-birindən ayrılmaz zərurətlərdir.
Ayə 42:
﴿فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ﴾
“Bu gün bəziləriniz bir-birinizə nə xeyir verə bilərsiniz, nə də ziyana sala bilərsiniz. Sitəm qılanlara deyərik: “Dadın yalan saydığınız odun əzabını!”
Dostları ilə paylaş: |