Nöqtələr
“Bəyyinə” sözünün cəm forması olan “bəyyinat” sözü aşkar dəlillər mənasını bildirir. “İfk” dedikdə tərsinə çevrilib əsil surətini itirən şey nəzərdə tutulur.
Bildirişlər
1. Allahın ayələri aşkardır, amma kafirlər inadkarlıqlarına görə inkara əl atır.
2. Kafirlər rəhbəri təhqir etməklə, böhtan yağdırmaqla, ata-babalarının getdiyi yola istinad etməklə haqqa qarşı çıxır.
3. Kafirlər öz azğın əcdadlarının getdiyi yola uyğun olaraq başqalarını da peyğəmbərlərə qarşı çıxmağa çağırırlar.
4. Kor-koranə təqlid insanın inkişafına mane olur.
5. Kafirlər həm vəhyə, həm də vəhyi gətirənə müxalifdirlər.
6. Kafirlər məqsədlərinə nail olmaq üçün hər növ təbliğ və zora əl atır.
7. Həqiqətlə tanışlıq yolunda maneələrdən biri küfrdür.
Ayə 44:
﴿وَمَا آتَيْنَاهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَا وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ﴾
“Hansı ki, onlara (ərəb müşriklərinə) oxuyub öyrənəcəkləri səmavi kitab verməmişdik, qorxudan şəxs göndərməmişdik.”
Dostları ilə paylaş: |