Bildirişlər
1. Peyğəmbərlərin vəzifələrindən biri xalqa moizə etməkdir.
2. Təkcə sözlə kifayətlənməyək, ayağa qalxmaq lazımdır.
3. Ən mühümü Allah yolunda xalis qəlblə ayağa qalxmaqdır və bu işdə çoxluq şərt deyil.
4. Uyğun vəzifənin yerinə yetirilməsi üçün ixlas (səmimiyyət), rəhbər, düşüncə və proqrama ehtiyac var.
Nəfs istəklərinə xidmət edən hərəkatlar nəticəsizdir. Yetərli proqram, ilahi rəhbər və səmimiyyət olmayan yerdə davam və bərəkət yoxdur.
5. Peyğəmbərdə zərrəcə ruhi zəiflik yox idi. O, illər boyu xalq arasında yaşamışdı, hamı onu ağıllı və düşüncə sahibi kimi tanıyırdı. Peyğəmbərə qarşı divanəlik ittihamı ittihamçıların düşüncəsizliyini göstərir.
6. İlahi rəhbər xalqla yoldaş və həmsöhbətdir.
7. Allah peyğəmbərləri himayə edir, onlara ünvanlanmış böhtanları puça çıxarır.
8. Peyğəmbərlərin işi müjdə vermək və xəbərdarlıq etmək olsa da, Quran xəbərdarlıq və qorxutmaya daha çox diqqət yetirir. Çünki qafil insanların xəbərdarlığa daha çox ehtiyacı var.
9. Peyğəmbərlərin xəbərdarlıqları xalqın xeyirinədir.
10. Qarşıda əzab təhlükəsi var. Əgər Allah yolunda ayağa qalxmasanız. Həm dünyada, həm də axirətdə sıxıntıya düşəcəksiniz.
Ayə 47:
﴿قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ﴾
“De ki, sizdən istədiyim yalnız öz xeyirinizədir. Mənim muzdum yalnız Allah tərəfindəndir. O hər şeydən agahdır.”
Dostları ilə paylaş: |