Bildirişlər
1. Haqq batilə qalibdir.
2. Quran qeyb və gələcəkdən xəbər verir.
3. İlahi vəhysiz hətta peyğəmbər üçün büdrəmə təhlükəsi var.
4. Azğınlıq insanın öz zərərinədir.
5. Allah həm vəhy göndərir, həm də onun bəyanına nəzarət edir.
Ayə 51:
﴿وَلَوْ تَرَى إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِن مَّكَانٍ قَرِيبٍ﴾
“Kafirləri (ağır əzabdan) qorxan, qurtuluş yolu qalmayan, yaxınlıqda yaxalanmış halda görsən (təəccüb edəcəksən).”
Ayə 52:
﴿وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّى لَهُمُ التَّنَاوُشُ مِن مَكَانٍ بَعِيدٍ﴾
“(Həmin vaxt) Deyərlər: “Ona iman gətirdik.” Uzaqdan imana əl uzatmaları onlara fayda verməyəcək.”
Dostları ilə paylaş: |