Bildirişlər
1. Hamını ilahi nemətlər haqqında düşüncəyə dəvət edək.
2. Ən üstün allahşünaslıq yolu ilahi nemətlərə diqqətdir.
3. Sual qəflət yuxusundan oyanışın açarıdır.
4. Həm yaranış, həm də həyat Ondandır.
5. Ruzi verən Odur amma təbii vasitələrlə əta edir.
6. Xəbərdarlıqdan öncə məzəmmət yersizdir.
7. Tövhiddən savayı bütün yollar uçuruma aparır.
8. Məbada Allahın ruzisini yeyib ondan özgəsinə üz tutaq.
9. İnsan fitrətən allahpərəstdir. İnsanı azdıran xarici amillərdir.
Ayə 4:
﴿وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ وَإِلَى اللَّهِ تُرْجَعُ الأمُورُ﴾
“Səni inkar etsələr (nigaran olma, bil ki) səndən öncəki peyğəmbərləri də inkar ediblər. Bütün işlər Allaha doğru qayıdasıdır.”
Dostları ilə paylaş: |