Bildirişlər
1. Bütün peyğəmbərlərin müxalifləri olub. Haqqın təkzibi kafirlərin daimi işidir.
2. Tarix təkrarlanır.
3. Kafirlərin şəxsən peyğəmbərlər yox, onun tutduğu yolla müxalifəti var. Haqqa çağıran insan təkziblə üzləşir.
4. Problemlərin həlli yolunda tarix ən yaxşı təsəllidir.
5. İnsanların təkzibi vəhy həqiqətinə zərbə vurmur. Səndən öncə də göndərdiklərimiz təkzib olundu.
6. Məada diqqət insanı acı hadisələr qarşısında möhkəmləndirir.
7. Müxaliflər bilsinlər ki, onların inadkarlığı unudulmayacaq.
Ayə 5:
﴿يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ﴾
“Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, məbada hiyləgər (şeytan) sizi yoldan çıxarıb Allaha qarşı qürrələndirə.”
Dostları ilə paylaş: |