Nöqtələr
“Əlkəlimut-təyyib” dedikdə tövhid, risalət və vilayətə şəhadət nəzərdə tutulur. Rəvayətlərdə göstərilən “la ilahə illəllah və sübhanəllah...” zikrləri də pak sözün bir nümunəsidir.
“Yəbur” sözü puça çıxma, həlak olma mənalarını bildirir.
Hazırkı ayə başqa şəkillərdə də mənalandırılmışdır:
1. Yaxşı söz Allaha doğru yüksələr, amma saleh əməl ona ucalıq və dərəcə verər.
2. Yaxşı söz həm özü yüksələr, həm yaxşı əməlləri yüksəldər.
Kafirlər izzəti ya maddiyyatda axtarar, ya da digər bağlılıqlardan umarlar.1 Əslində isə izzət yalnız Allaha bağlılıqdadır.
Dostları ilə paylaş: |