Bildirişlər
1. Allah haqdır və peyğəmbərlər vasitəsi ilə tərbiyə nizamı da haqqa əsaslanır.
2. Qorxu və ümid yanaşı olduqda səmərə verir.
3. Peyğəmbərlərin vəzifəsi müjdə və xəbərdarlıq olsa da, xalqın qəfləti səbəbindən peyğəmbərlər daha çox xəbərdarlıq etmişlər.
4. Yer üzü heç vaxt ilahi höccətsiz (xəbərdarlıq edənsiz) olmayıb.
Ayə 25:
﴿وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ﴾
“Səni təkzib etsələr (nigaran olma, çünki) onlardan əvvəlki kafirlər də təkzib etdilər. Peyğəmbərləri onların sorağına möcüzələrlə, aşkar dəlillərlə, yazılar və aydın kitabla gəldilər. (Amma onlar iman gətirmədilər.)”
Ayə 26:
﴿ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا فَكَيْفَ كَانَ نَكِيرِ﴾
“Sonra küfrə uğrayanları (öz cəzamla) yaxaladım. Necədir mənim cəzam?!”
Dostları ilə paylaş: |