Bildirişlər
1. İnsanlar və heyvanlar arasındakı rəngarənglik ilahi qüdrət və əzəmət nişanələrindəndir.
2. Fiziki baxımdan insan digər mövcudlarla bir sırada dayanır.
3. Varlıq aləminin sirlərindən xəbərdarlıq Allah qorxusu əldə etmək üçün zəminədir.
4. Təqvasız alimlər gerçək elmə çatmamışlar.
5. İbadət əhli çoxdur, amma yalnız alimlər ilahi qorxu məqamına yetişir.
Ayə 29:
﴿إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ﴾
“Həqiqətən, Allah kitabını oxuyan, namazı bərpa edən, verdiyimiz ruzidən gizlində və aşkarda paylayan kəslər heç vaxt zavala uğramayası ticarətə bağlanıblar.”
Dostları ilə paylaş: |