Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə51/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   47   48   49   50   51   52   53   54   ...   572

Ayə 39:


﴿وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ﴾

O (Firon) və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərir, düşünürdülər ki, Bizə doğru qaytarılmayacaqlar.”


Müstəbidlik və müstəbid (təkəbbür üzərində qurulmuş hakimiyyət və təkəbbürlü hakim).


–Tarix boyu bütün münasibətlərdə özünü, öz şəxsiyyətini, öz rəyini mehvər qərar verən məğrur və təkəbbürlü insanlar olmuşdur. Surədə Fironun dilindən deyilir: “Mən sizin üçün özümdən başqa bir məbud tanımıram.” Sehrbazlar Musaya (ə) iman gətirən vaxt Firon dedi: “Məndən icazəsiz Musaya (ə) iman gətirdiniz?!” Firon umur ki, kimsə ondan icazəsiz hansısa əqidəyə yiyələnməsin. Bu gün də özünü dünya siyasətində və iqtisadiyyatında mehvər bilən fironlar və super güclər vardır.

–Təkəbbürlü hakimlər bəzən öz güclərini nümayiş etdirmək üçün fərdləri, ayrı-ayrı dəstələri, bütöv bir ölkəni məhv edir və ya məntiqsiz yerə lütf göstərirlər. Necə ki, Nəmrud qarşısında birini dayandırıb Həzrət İbrahimə dedi: “Bu kişinin həyatı və ölümü mənim əlimdədir. İstədiyimi öldürür, istədiyimi zindandan azad edirəm.”

–Təkəbbürlü hakimlər bəzən öz ixtiyarlarında olan imkan və sərvəti gözə soxurlar. Firon deyirdi: “Məgər Misir hakimiyyəti mənim deyilmi?! Yoxsa görmürsünüzmü ki, o çaylar mənim sarayımın altından axır?!”

–Təkəbbürlü hakimlər bəzən qorxudaraq xalqı təslim edirlər. Firon Musaya iman gətirmiş sehirbazlara dedi: “Mən sizin əl-ayağınızı çarpaz surətdə kəsərəm.”

–Təkəbbürlü hakimlər manevr və özününümayişlə sadəlövh xalqı aldadırlar. Qarun küçə-bazardan elə bir formada ötüb keçirdi ki, dünyapərəstlər ona həsəd aparıb deyirdilər: “Kaş, Qarunun malik olduğu şeylər bizdə də olaydı.”

–Təkəbbürlü hakimlər bəzən tamahsılandırmaqla düşüncələri satın alırlar. Firon sehrbazlara dedi: Əgər Musanı (ə) hörmətdən salsanız sizə böyük mükafat verər, sizi özümə yaxınlardan edərəm.”

–Təkəbbürlü hakimlər bəzən öz səfərləri ilə qəlblərə lərzə salırlar. Quran buyurur: “Kafirlərin şəhərlərdə gəzintisi səni aldatmasın.”

–Təkəbbürlü hakimlər bəzən ətrafdakıları təhqir etməklə psixoloji müharibə aparırlar. Onlar peyğəmbərin ətrafındakı insanlara böhtan atır, onları avara adlandırırlar.

–Zalım hakimlər bəzən uca və geniş qəsrlər tikməklə qəlbləri oğurlamaq istəyirlər. Firon vəziri Hamana dedi: “Mənim üçün elə bir qüllə ucalt ki, onunla yuxarı qalxıb Musanın Allahını görüm!”

Həqiqətən də, Quran təkəbbürlü başçıların xarakterini, çirkin əməl və rəftarlarını dövrümüzə tətbiq olunacaq şəkildə dəqiq açıqlayır və belə bir açıqlama Quranın aktuallığını göstərir.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin