Bildirişlər
1. Quran təklikdə bəs etmir, hami və icraçıya da ehtiyac var.
2. Bəndələrin halından tam agah olan kəsin seçim və dini məsuliyyət tapşırmaq haqqı var.
3. Quran nurundan məhrum qalmağımızın səbəbkarı özümüzük.
4. Miras olaraq Qurana yiyələnmək üçün bəzi yox, bütün xeyir işlərdə öndə olmaq lazımdır.
5. Allah hikmət əsasında seçir. Xeyir işlərdə öndə olanlar Quran elmlərinə varisdir.
6. İnsan özü özünə zülm edir. Yaxşılıqlarda öncüllük tövfiqi isə Allahın izni ilə gerçəkləşir.
7. Qurana varislik böyük ilahi fəzldir.
Ayə 33:
﴿جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ﴾
“Onlar “ədn” cənnətlərinə daxil olacaqlar, orada qızıl və mirvari qolbaqlarla bəzənəcəklər. Onların libası ipəkdəndir.”
Dostları ilə paylaş: |