Bildirişlər
1. Behişt əhlinin şüarı Allaha həmd-sənadır.
2. Behiştdə qəm-qüssə yoxdur.
3. Behiştdə maddi nemətlərlə yanaşı ruhi aramlıq kimi mənəvi nemətlər var.
4. Behişt Allahın bəxşişi və qədirdanlığı sayəsində əta olunar.
5. Büdrəmələri örtmək və bəndələrə münasibətdə qədirdanlıq Allahın rübubiyyət şənlərindəndir.
6. Behişt əhli Allahın qədirdanlığına səbəb olan ləyaqətlərə malikdir.
Ayə 35:
﴿الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ﴾
“Allah öz fəzli ilə bizə əbədi sarayda yer verdi. Orada heç bir əziyyət görmərik, çarəsizliklə üzləşmərik.”
Dostları ilə paylaş: |