Nöqtələr
Ötən ayələrdə oxuduq ki, Allah bəzilərini Qurana varislik üçün seçib, bəzilərini behiştə aparır, bəzilərini isə cəhənnəmə. Bu ayədə isə buyurulur ki, o hər şeydən xəbərdardır, gizlini və aşkarı bilir, zahirdən və batindən agahdır.”
Bildirişlər
1. Dünyadakı fürsətləri əldən çıxaranlar axirətdə nalə çəkib cəhənnəmdən qurtuluş istəyərlər. Amma onların saleh əməllə bağlı vədi yalandır.
2. Allahın hər şeydən xəbərdar olmasına iman insanı günahdan çəkindirən ən güclü amildir.
Ayə 39:
﴿هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًا وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا﴾
“Sizi yer üzündə (əvvəlkilərə) canişin qərar verən Odur. Küfr edənin küfrü öz zərərinədir. Kafirlərin küfrü yalnız Allahın onlara qəzəbini gücləndirər, düşdükləri zərəri artırar.”
Dostları ilə paylaş: |