Nöqtələr
Bu ayə də öncəki ayənin davamı olaraq tarixə hakim ilahi sünnələrlə tanış edir, təkəbbür əhlinin acı aqibətini yada salır.
Bildirişlər
1. İslam təcrübə toplamaq məqsədi ilə səfərə çıxmağın tərəfdarıdır.
2. İnsan məqsədli şəkildə səfərə çıxmalıdır.
3. Keçmişdəkilərin tarixi cəmiyyətə hakim qanunlarla tanışlıq üçün bir mənbədir. (Keçmiş gələcək üçün çırağdır.)
4. Tövsiyə olunur ki, qədim mədəniyyətlərin qalıqları ilə tanış olaq.
5. Təkəbbür əhlinin aldadıcı görüntülərinə uymayaq, onların aqibətinə baxaq.
6. Gücümüzlə öyünməyək, bizdən çox-çox güclü olanlar məhv edildi.
7. Allahın iradə və qüdrətinə qalib gələsi bir şey yoxdur.
8. Allah təkəbbürlüləri həm tanıyır, həm də onları yerində oturtmağa qadirdir.
Ayə 45:
﴿وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَى ظَهْرِهَا مِن دَابَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا﴾
“Əgər Allah insanları gördükləri işə görə cəzalandırsa, yer üzündə bircə canlı sağ qalmaz. (Amma ilahi sünnə budur ki) insanlara müəyyən müddət möhlət versin. Elə ki, müddət başa çatdı (insanlar cəzalandırılar.) həqiqətən, Allah bəndələrini (onların düşüncə və əməlini) görəndir.”
Dostları ilə paylaş: |