“Rəhman və rəhim Allahın adı ilə”
﴿بسم الله الرحمن الرحيم﴾
Ayə 1, 2:
﴿يس وَالْقُرْآنِ الْحَكِيمِ﴾
“Ya-sin”; and olsun hikmət dolu Qurana!”
Ayə 3, 4:
﴿إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
“Həqiqətən, sən peyğəmbərlərdənsən; doğru yoldasan.”
Nöqtələr
Rəvayətlərə əsasən “Yasin”, girami Peyğəmbərin (s) mübarək adıdır.1
“Həkim” sözü həm də “hikmət dolu”, “möhkəm” mənalarını ifadə edə bilər. Məsələn, “Hud” surəsinin başlanğıc ayəsində “Quran ayələri möhkəmdir” buyurulur.
Elə düşünməyək ki, İslamda dorğu yol başa vurulduqdan sonra insan məqsədə çatır. Xeyir, insan doğru yolda nə qədər irəliləmişsə, bir o qədər də məqsədə çatmışdır. Elm yolu da belədir, insan adladığı yol qədər elmə sahib olur.
Allah peyğəmbərin şair, kahin, sehrbaz, divanə adlandırılması müqabilində hikmət dolu Qurana and içərək peyğəmbərin risalətinə şəhadət verir.
Dostları ilə paylaş: |