Bildirişlər
1. Quranda batil sözə yer yoxdur. Bu ilahi kitab başdan-başa hikmətli və möhkəmdir.
2. Allahın Qurana and içməsi onun əzəmət və müqəddəsliyini göstərir.
3. Böhtanlar və yersiz qınaqların hücumu qarşısında düzgün və hərtərəfli himayə tələb olunur.
4. Bəşər tarixində İslam Peyğəmbəri (s) ilə yanaşı başqa peyğəmbərlər də olub.
5. Peyğəmbər yolu elə Allah yoludur.2 Doğru yol Allahın və onun rəsulunun yoludur.
6. Müvəffəqiyyətə çatmaq üçün 3 şeyə ehtiyac var: möhkəm və davamlı proqram, agah rəhbər, aydın yol.
7. Ən əsası əqidə möhkəm olmalıdır. (Allah hikmət sahibidir, Quran hikmətlidir, peyğəmbər hikmət öyrədəndir.)
Ayə 5:
﴿تَنزِيلَ الْعَزِيزِ الرَّحِيمِ﴾
“Quran yenilməz və mehriban Allah tərəfindən nazil olmuşdur.”
Ayə 6:
﴿لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ﴾
“Ata-babalarına xəbərdarlıq olunmamış insanlara xəbərdarlıq et. Onlar qafillərdir.”
Dostları ilə paylaş: |