Nöqtələr
“Əzqan” dedikdə çənələr, “muqməhum” dedikdə dəvənin başını yuxarı qaldırması mənaları anlaşılır. Dəvəyə su vermək istədikdə başını yuxarı qaldırdığı kimi, bu insanlar da haqqı görüb başlarını dik tutur, təzim etmirlər.
Boyunlara zəncir salınması həm axirət cəzasına1, həm də insanlara yük olmuş xürafi əqidələrə işarə ola bilər. Necə ki, Əraf” surəsinin 157-ci ayəsində xürafat zəncirlərini xalqın boynundan çıxarmaq peyğəmbər vəzifəsi kimi bəyan olunur. Bəli, peyğəmbərlər bu zəncirləri çıxarmaq istəyir, amma xalq özü razılaşmır.
“Əl qəvlu” təbiri “Səcdə” surəsinin 13-cü ayəsinə əsasən, şeytan ardıcıllarına əzabla bağlı ilahi əmr mənasında anlaşıla bilər.
Dostları ilə paylaş: |