Bildirişlər
1. Xalqın əksəri qəflətdədir və haqqa maraq göstərmir.
2. Müxaliflərin çoxluğu təbliğatçı və rəhbəri həvəsdən salmamalıdır.
3. Qəflət küfr üçün zəminədir.
4. Kafirlərin boynuna zəncir salan Allahsa da, bu işin səbəbkarı onlar özləridir.
Ayə 9:
﴿وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لاَ يُبْصِرُونَ﴾
“Onların qarşılarından və arxalarından səd çəkdik. Onları tamam örtüyə saldıq, belə ki, heç nə görməzlər.”
Nöqtələr
Quran möhkəm və hikmət dolu bir kitab, peyğəmbərin risaləti qəti, din, yolu doğru, Allah yenilməz və mehriban olsa da, xalqın əksəri qafil, imansız və xürafatçı olduğundan dörd bir tərəfdən möhkəm sədlə əhatə olunmuşdur.
Ayədə inadkar fərdlər çox dəqiq və maraqlı təsvir olunmuşdur: Onlar qafildir və nəticədə iman gətirmir; xürafat onları müşkülə salmışdır və tərs dəvə sudan boyun qaçırdığı kimi onlar haqdan boyun qaçırır; onlar qarşıdan və arxadan mühasirədədir, gözlərinə pərdə çəkilmişdir, haqqı görmürlər.
Qarşıdan səd dedikdə insanın uzun-uzadı arzuları, arxadan səd dedikdə keçmişdə baş vermiş günahların unudulması nəzərdə tutula bilər. Uyğun arzular və unutqanlıqlar haqqın qəbulunda iki böyük maneədir.
Ayədə iki böyük azğınlıq müqabilində iki böyük cəza qeyd olunur.
Dostları ilə paylaş: |