Nöqtələr
On üçüncü ayədə peyğəmbərlərin hüzur məhəlli “əl qəryə” kimi təqdim olunur. Bu ayədə isə uyğun məhəl “əl-mədinə” adlandırılır. Sanki mədəniyyət və ictimai təkamül insanların imanından asılıdır. Əhli kafir olan şəhər kənd sayılır, əhli arasında bircə mömin olan kənd isə inkişaf edib şəhərə çevrilir.
Bildirişlər
1. Şəhərdən uzaqlıq mədəniyyətdən uzaqlıq deyil.
2. Haqqın himayəsi sərhəd tanımır.
3. Bəzən təkbaşına hərəkət etmək, fəryad çəkmək lazım gəlir. Həzrət Əli (ə) buyurur: “Haqq yolda ardıcılların azlığı sizi qorxutmasın.”1
4. Haqqın himayəsi yolunda məsafənin uzunluğu sədd olmamalıdır.
5. Haqqa tərəfdarlıq üçün ad və ünvan yox, stimul və yanğı lazımdır.
6. Haqqı ciddi, yubanmadan, məntiqi şəkildə və mərhəmətlə himayə etmək lazımdır.
7. Azğın mühitlərdə həqiqi rəhbərin himayəsi üçün sükutu pozub fəryad çəkmək Allah tərəfindən mədh olunur.
8. Təbliğdə ixlas, səmimiyyət xalqı cəzb edir. Haqq nidası çəkənlər xalqdan muzd istəməməlidir.
9. Doğru yola çağıran insan özü doğru yolda olmalıdır.
Ayə 22:
﴿وَمَا لِي لاَ أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ﴾
“Axı məni yaradana nə üçün ibadət etməməliyəm?! Hamınız ona doğru qaytarılarsınız.”
Ayə 23:
﴿أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَن بِضُرٍّ لاَّ تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلاَ يُنقِذُونِ﴾
“Yoxsa Onun yerinə elə məbudlar seçim ki, Rəhman Allah mənə bir çətinlik yaratmaq qərarına gələndə onların şəfaətindən zərrəcə fayda görməyim və məni xilas edə bilməsinlər?!”
Dostları ilə paylaş: |