Ayə 28:
﴿وَمَا أَنزَلْنَا عَلَى قَوْمِهِ مِن بَعْدِهِ مِنْ جُندٍ مِّنَ السَّمَاء وَمَا كُنَّا مُنزِلِينَ﴾
“Biz (həmin ilahi şəxsin şəhadətindən) sonra onun qövmünü həlak etmək üçün səmadan heç bir qoşun endirmədik. Əslində bundan öncə də belə bir sünnəmiz yox idi. (Yer əhlinə əzab üçün göydən qoşun endirməzdik.)”
Ayə 29:
﴿إِن كَانَتْ إِلاَّ صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ﴾
“Yalnız dəhşətli bir səs (haray)! (Ardınca) qəfil hamılıqla məhv oldular.”
Nöqtələr
Ötən ayələrdə ilahi peyğəmbərlərin müdafiəsi üçün təkbaşına ayağa qalxmış bir şəxsin əhvalatı danışıldı. Bu şəxs haqqın müdafiəsi üçün fəryad çəkdi və bu yolda şəhadətə çatdı. Hazırkı ayədə isə peyğəmbərləri təkzib etmiş, həmin ilahi insanı şəhadətə yetirmiş kafirlərin acı aqibətindən söhbət açılır.
“Xamid” dedikdə alov şölələrinin keçməsi (sönməsi) mənası nəzərdə tutulur. Hazırkı ayədə uğun söz fəlakət və ölüm mənasını bildirir.
Dostları ilə paylaş: |