Nöqtələr
Zövciyyət (cütlük) qanunu Quranın elmi möcüzələrindəndir. Bəli, zaman ötdükdə varlıq aləmindəki cütlər kəşf olunur. Quran nazil olan vaxt insanlar xurma ağacındakı zövciyyətdən xəbərdar idilər. Amma bu gün kəşf olunub ki, bütün təbiət aləmində uyğun qanun cərəyandadır.
Bildirişlər
1. Allah insanın təşəkkürünə ehtiyac duymur, təşəkkür insanın təkamül nişanəsidir.
2. Yaranmışlar arasındakı zövciyyət qanununu Allaha tətbiq etməyək. Allah yeganə və oxşarsızdır.
3. Yaradılmışlar və yaranmışlar Allahın qüdrət, iradə və hikmət nişanəsidir.
4. Toxum və meyvə zövciyyət yolu ilə ərsəyə gəlir.
5. İnsan fiziki və cinsi baxımdan digər yaranmışlarla bir sırada dayanır.
6. Varlıq aləmində cütlüyü bəşəriyyət üçün qaranlıq qalmış mövcudlar var.
Ayə 37:
﴿وَآيَةٌ لَّهُمْ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ﴾
“Onlar üçün digər bir nişanə gecədir. Biz gündüzü (dəri kimi) ondan çıxarırıq və onlar zülmətə qərq olur.”
Ayə 38:
﴿وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ﴾
“Günəş öz mənzilinə hərəkətdədir. Bu nizam yenilməz və bilən Allahın təqdiridir.”
Ayə 39:
﴿وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ﴾
“Ay üçün də mənzillər müəyyənləşdirmişik. O sonda qurumuş xurma budağı kimi olar.”
Ayə 40:
﴿لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ﴾
“Nə günəş aya çatasıdır, nə də gecə gündüzü qabaqlayası. Onların hər biri müəyyənləşmiş orbitində üzməkdədir.”
Dostları ilə paylaş: |