Nöqtələr
Bəsirəti olmayan və ya məsuliyyətdən qaçmaq istəyən insanlar bütün nöqsanlarını başqalarının boynuna atırlar:
1. Bəzən deyirlər ki, müqəssir Allahdır, o istəməsəydi, biz müşrik olmazdıq. 1
2. Bəzən deyirlər ki, günahkar cəmiyyətdir, azğın başçılar olmasaydı, mömin olardıq.2
3. Bəzən deyirlər ki, müqəssir bizim ata-babalarımızdır.3
Amma bu ayədə deyirlər ki, lazım gəlsəydi Allah özü fəqirləri doyurardı. Onlar unudurlar ki, Allah fəqirləri varlılara tapşırıb.
Nə üçün Allah fəqirlərə ruzi verməyi tapşırır, amma özü onlara ruzi vermir?
Cavab: İnsan güzəşt, isar (ehtiyacı olandan bağışlamaq), səxavət, canıyananlıq, qənaət, ülfət, qarşılıqlı yardım, məhəbbət və hal-əhval tutmaq sayəsində inkişaf edir. Əgər bütün insanlar üçün eyni imkan yaradılsaydı, nə kamillik, nə səbir, nə zöhd, nə də qənaət üçün zəminə qalardı.
Dostları ilə paylaş: |