Bildirişlər
1. İnsan ixtiyarında olanları öz mülkü yox, Allahın ruzisi saysa asanlıqla bağışlayar.
2. Küfr infaqdan çəkindirən səbəbdir.
3. Kafirlər Allahın ruzi sahibi olmasını məsxərəyə qoyur.
4. İnfaq iman göstəricisidir. (İnfaqın tərki kafirə xas səciyyələrdən sayılır.)
5. İnsan o qədər süqut edə bilər ki, küfr və xəsisliyi düzgün, iman və infaqı əyri yol sayar.
Ayə 48:
﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾
“(Kafirlər) deyirlər: “Əgər doğru deyirsənsə, bu vəd nə vaxt yetişəcək?”
Ayə 49:
﴿مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ﴾
“Onlar başları höcətə qatılmış halda yalnız vücudlarını bürüyəcək (öldürücü) səsin intizarını çəkirlər.”
Ayə 50:
﴿فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَى أَهْلِهِمْ يَرْجِعُونَ﴾
“Həmin vəziyyətdə nə vəsiyyət edə bilər, nə də ailələrinin yanına qayıda bilərlər.”
Dostları ilə paylaş: |