Bildirişlər
1. Kafirlərin Qiyaməti inkar etmək üçün dəlilləri yoxdur. Onların işi yalnız “qiyamət nə vaxt olacaq” deyib məsxərəyə qoymaqdır.
2. Bir hadisənin vaxtının bilinməsi onun baş verməyəcəyini göstərmir.
3. Qiyamət ilahi bir vəddir.
4. Kafirlər peyğəmbər və möminləri yalançı sayır.
5. Qiyamət qəfil qopasıdır. Bu qədər qəflət və istehzaya yer varmı?!
6. Qiyamət qopan an dilin danışmaq, ayağın qaçmaq gücü olmaz.
7. Qiyamət öldürücü bir səsdən sonra bərpa olar.
8. İnsanlar gündəlik işlərinə məşğul olan an dünya süquta uğrayar, Qiyamət bərpa olar.
9. Qiyamətin qopması ilə bütün dünya bağlılıqları qırılar.
Ayə 51:
﴿وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنسِلُونَ﴾
“Sur üfürülər, onlar dərhal qəbirlərdən çıxıb tələsik Rəbbinə üz tutar.”
Ayə 52:
﴿قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ﴾
“Deyərlər: “Vay halımıza, bizi yatağımızdan kim qaldırdı?” Bu Rəhman Allahın həmin vədidir, peyğəmbərlər doğru dedilər.”
Ayə 53:
﴿إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ﴾
“Bəli, yalnız bir səslə hamılıqla qarşımızda hazır olarlar.”
Dostları ilə paylaş: |