Nöqtələr
Bu ayə əməllərin Qiyamətdə təcəssümünü göstərir. Buyurulur ki, cəzanız yalnız öz əməlinizdir. Yəni əməl özü cəza şəklində təcəssüm edir və hansısa ayrıca cəza nəzərdə tutulmur.
Bildirişlər
1. Allah ədalətlidir, Qiyamət günü ilahi ədalətin zühur günüdür. (Qiyamətdə ən ağır cəzalar da ədalətə əsaslanır.)
2. Qiyamətdə cəza və mükafat insanın dünya əməllərinə əsaslanır.
Ayə 55:
﴿إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ﴾
“Şübhəsiz, behişt əhli həmin gün şadlığa məşğuldur.”
Ayə 56:
﴿هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِؤُونَ﴾
“Onlar və zövcələri kölgəliklərdə bəzəkli taxtlara söykənər.”
Dostları ilə paylaş: |