Nöqtələr
Yalnız nümunə göstərmək məqsədi ilə əl və ayağın adı çəkilir. Digər ayələrdə oxuyuruq ki, qulaq, göz və qəlb də sorğu-sual olunar.1 Hətta dəri də insana şahidlik edər.2 İstənilən bir halda bədənin hər bir üzvü gördüyü işə şəhadət verər.
Bildirişlər
1. Allah həm səbəb salır, həm də səbəbi aradan qaldırır. Danışıq vasitəsi olan ağız möhürlənir, danışıq bacarığı olmayan əl və ayaq dilə gəlir.
2. Məad cismanidir.
3. Qiyamətdə bədən üzvləri insanın tabeçiliyində olmur.
4. Məhkəmədə ən güclü şəhadət günahı həyata keçirənin etirafıdır.
5. Bədən üzvlərinin hansısa formada anlağı var və onlar Qiyamət günü şəhadət verə bilir.
Ayə 66:
﴿وَلَوْ نَشَاء لَطَمَسْنَا عَلَى أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّى يُبْصِرُونَ﴾
“Əgər istəsək, onların gözünün işığını alarıq. Bəs həmin halda yol boyu ötüşərkən necə görəcəklər?”
Ayə 67:
﴿وَلَوْ نَشَاء لَمَسَخْنَاهُمْ عَلَى مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ﴾
“Əgər istəsək onları yerlərindəcə məsx edərik ( ruhsuz mücəssəməyə çevirərik.) Belə ki, nə yollarına davam edə bilər, nə də geri dönə bilərlər.”
Dostları ilə paylaş: |