Nöqtələr
İnsan cisim və ruhdan təşkil olunmuşdur. Cisim ölümlə puç olub gedir. O ömür boyu dəyişməkdədir. Amma insanın ruhu və şəxsiyyəti sabitdir. Qiyamət səhnəsinə gətirilən insanın dünyadakı ruhudur. Amma cisim dünyəvi cismə oxşar bir qəlibdə olar.
Bildirişlər
1. Bəzən suala sualla cavab vermək lazım gəlir.
2. Vicdanları oyatmaq üçün sual da bir yoldur.
3. İnkarçılarla danışarkən kiçik məsələlərdən başlayaq.
4. Yüzədək sayan üçün doxsanadək saymaq çətin deyil. Göyləri və yeri yaradan kəs insanı yenidən xəlq edə bilər.
5. İstər dünyada, istər Qiyamətdə Allahın işi yaratmaqdır.
6. Məadın ilahi hikmət və ədalətdən əlavə qüdrət və elm dəlilləri də var.
Ayə 82:
﴿إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ﴾
“Bir şeyi (yaratmaq) istəsə, O, buyurar və o da dərhal olar.”
Ayə 83:
﴿فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ﴾
“Hökm və mülk əlində olan kəs pakdır, Ona doğru qaytarılarsınız.”
Dostları ilə paylaş: |